Koenigsegg şirkəti özünün Facebook sosial şəbəkəsindəki hesabında yeni hiperkarın tizerini dərc edib. Eyni zamanda, İsveç istehsalçısı yeni ildə qarşısında duran əsas vəzifənin düşünülmüş mühəndislik və optimallaşdırılmış dizayn vasitəsilə məhsuldarlığın artırılmasının olduğunu bildirib.
Tizerdə təsvir edilmiş avtomobilin siluetindən onun Koenigsegg markasına aid olduğu görünür. Bu il iseç markası ilk superkarı olan CC8S modelinin buraxılmasının 20-illik yubileyini qeyd edəcəkdir. Yeni modelin bu əlamətdar hadisəyə həsr ediləcəyi ehtimal olunur.
Tizedən göründüyü kimi, düzbucaqlı fənərlər isveç markasının öz məhsulu olan mühərriklə təchiz edilmiş ilk Koenigsegg avtomobilini - 2006-cı ilin CCX modelini xatırladır. Kiçik arxa diffuzor açıq şəkildə Agera modelinə, ön splitter isə 2004-cü ilin CCR modelinə işarə edir. Superkarın dizaynı ənənəvi Koenigsegg üslubundadır – kabinin damcı şəkilli forması, əyri alın şüşəsi və kuzovun hamar xətləri. Eyni zamanda, avtomobil Koenigsegg markasının mövcud olan heç bir modelinə bənzəmir.
Bu yeni superkar barədə məlum olanlardır, çox güman ki, yaxın aylarda isveç hiperkarının gələcək təqdimatı barədə daha çox məlumat veriləcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.