Daimler AG və Mercedes-Benz Accessories GmbH şirkəti rəsmi olaraq “Crazy Colors” dəsti ilə təchiz edilmiş “bərkgedən” Mercedes-AMG G63 modelinin miqyaslı modellərinin yeni kolleksiyasını təqdim etmişdir. Oyuncaq avtomobillər 1:18 miqyasında hazırlanacaq və 463 ədədlik məhdud tirajla buraxılacaqdır.

Hər bir Mercedes-AMG G63 Crazy Colors miqyaslı modeli nömrələnəcəkdir. Tirajın 463 ədədlə məhdudlaşdırılmasının əsas səbəbi, əfsanəvi ofroderin zavoddaxili W463 indeksinə malik olması ilə əlaqədardır.  Alman brendinin nümayədələri oyuncaq  “Gelendvagen”lərin  əsli ilə yüksək bənzərliyə malik olduğunu iddia edirlər. Oyuncaq Mercedes-AMG G63 Crazy Colors miqyaslı modellərini hazırlayan zaman mütəxəssislər orijinal avtomobilin rəqəmsal maketlərindən istifadə etmişdirlər.

Miqyaslı modelləri, “Crazy Colors” dəsti ilə təchiz edilmiş əsl Mercedes-AMG G63 ofroderi üçün təklif edilən rənglərdə əldə etmək mümkün olacaqdır.   

Bunlar AMG Solarbeam (sarı), Sunsetbeam (narıncı), Aliengreen (yaşıl), Tomatored (qırmızı), və Galacticbeam (bənövşəyi) rəngləridir. Fikrimizcə, miqyaslı modelləri toplayanlar bu fürsəti əldən buraxmamalıdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt