Formula 1 azarkeşlərinin bildiyi kimi, çempionatın təkər təchizatçısı olan Pirelli şirkəti Azərbaycan Qran Prisinə keçən il olduğu kimi Medium, Soft və SuperSoft təkərlərini gətirəcəkdir.

Qəbul edilmiş reqlamentə əsasən, şin istehsalçısı bu məlumatı səkkiz həftə bundan öncə açıqlamışdı. Ən maraqlısı odur ki, Bakı Şəhər Halqasının asfaltı şinlərə qarşı o qədər də tələbkar olmadığı üçün, onların aşınması çox aşağı səviyyədə olur. Bu səbəbdən də Bakıya ən yumşaq tərkibli təkərlərin gətirilməsinin daha məqsədəuyğun olduğunu hesab etmək olar. Görünür ki, bu il də Pirelli Motorsport təkər seçiminə bir qədər konservativ yanaşmağa üstünlük verib. 

Dünən isə, Pirelli Motorsport komandaların və pilotların seçimini əks etdirən məlumatı dərc etmişdir. Beləliklə, aşağıdakı cədvəldə hər bir pilotun Azərbaycan Qran Prisində istifadə edəcəyi şinlərin növü və sayı göstərilmişdir.Diqqət yetirsək pilotların daha çox SuperSoft təkərlərinə üstünlük verdiyini görərsiniz.

Əminik ki, Pirelli UltraSoft təkərini Bakııya gətirsəydi, pilotların əsas seçimi bu şinlər olacaqdı.