Geely şirkəti Volvo ilə birlikdə hazırladığı Icon krossoverinə sifarişləri qəbul etməyə başlayıb. Çin istehsalçısı krossoverin sərnişinlərini bakteriya və viruslardan qorumağa qadir olan xüsusi IAPS iqlim sistemi ilə təchiz olunduğunu açıqlayıb. Məlum məsələdir ki, bu açıqlamadan sonra krossoverə olan tələbat ciddi şəkildə artıb: şirkət ilk gündə 30 mindən çox öncədən sifariş toplamağa müvəffəq olub.
Geely firması Icon krossoverinin baza versiyasını 115.800 yuan (28.200 manat) dəyərində qiymətləndirib – bu məbləğ Çində satılan bənzər Hyundai Creta krossoverinin başlanğıc qiymətindən təxminən 4.000 yuan (973 manat) azdır. Krossoverin ən bahalı versiyası 128.800 yuana (31.200 manat) satılacaqdır.
Koronavirusdan qorumağa qadir olan IAPS iqlim sistemindən başqa, krossoverin standart təchizatına 10,25-düymlük virtual cihazlar paneli, eyni ölçülü sensorlu displeyi olan multimedia sistemi, ön oturacaqların qızdırılması, kruiz-kontrol və açarsız giriş sistemi daxildir.
Geely Icon modeli Volvo XC40 krossoverindən tanış olan 177 at qüvvəsi və 255 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik və 7-pilləli "robot" ilə təklif edilir. Ötürmə - ön təkərlərdir.
Opsional olaraq, krossoveri 48 voltluq startyor-generator ilə təchiz etmək olar. Hibridləşmə yanacaq sərfiyayattını azaldır və güc qurğusunun hasilatını 190 qüvvəsinə və 300 Nm-ə yüksəldir.
IAPS qurğusunu birinci səviyyəli bakteriyalardan medafiə sistemi kimi hesab etmək olar. Geely antibakterial tərtibat materialları və havalandırma sisteminin mütərəqqi filtrləri olan xüsusi avtomobili hazırlamağı planlaşdırır. Geely konserni bu layihənin həyata keçirilməsi işlərinə 370 milyon yuan (90 milyon manat) sərmayə qoymağı planlaşdırır.