Koenigsegg şirkətinin başçısı Kristian fon Keniqseqq smartfonun köməyi ilə hər bir Koenigsegg superkarının harada yerləşdiyindən xəbərdar olduğunu bildirmişdir. Şirkət rəhbəri bunu smartfonundakı proqram sayəsində həyata keçirir.
Bu barədə məlumatı o Cenevrədə CarBuzz nəşrinə müsahibəsində bildirmişdir. Əlavəyə giriş yalnız Keniqseqqə məxsusdur. Bu sistem avtomobillərdə quraşdırılmış GPS-trekerlər sayəsində çalışır. İsveç şirkətinin rəhbəri avtomobillərdə kiçik kameraları quraşdıraraq onalrın sahiblərinə nəzarət etməyin də nəzəri cəhətdən mümkün olacağını bildirsə də, bunun «çox yersiz» olduğunu söyləmişdir. CarBuzz nəşrinin bildirdiyinə görə, Keniqseqq izləmək funksiyasından superkar sahibləri ilə qarşılıqlı əlaqəni yeyinləşdirmək məqsədi ilə istifadə edir. O, avtomobil sahibləri haqqında şəxsi ünsiyyət quraraq onlar haqqında məlumat alır və bunun sayəsində Koenigsegg alıcılarının klub statusunu dəstəkləməyə çalışır.
Şirkətin həyata keçirilmiş ideyalarından biri də Koenigsegg Owners App. əlavəsidir ki, bu funksiya sayəsində superkar sahibləri internetdən yenilikləri avtomobilə yükləyir, trekdə göstərilən nəticələri bölüşür və avtomobilin yerləşməsi barədə məlumat əldə edirlər. 2015-ci ildə Autoskin firması superkar sahiblərinə avtomobilin kuzov elementlərini uzaqdan idarə etməyə imkan verən sistemi təqdim etmişdir. Bu sistem köməyi ilə avtomobilin qapılarını, baqaj və motor bölümünün qapağını açıb-bağlamağa imkan verir. Bundan başqa, bu sistemin Show Mode rejimi də mövcuddur ki, bu rejim eyni anda hər iki qapını açmağa və antiqanadı qaldırmağa şərait yaradır.