KTM X-Bow GT2 yarış avtomobili X-Bow GT-XR yol sportkarına çevrilib. KTM şirkəti yeni superkarın dizaynını açıqlasa da, onun texniki hissəsi barədə məlumat verməyib. Böyük ehtimalla, yeni sportkar trek kupesi kimi Audi şirkətinin 2,5 TFSI aqreqatını, sekvental ötürmələr qutusunu, təhlükəsizlik karkasını və tənzimlənən asqını alacaqdır. Bu, KTM şirkətinin adi yollar üçün nəzərdə tutulmuş ikinci dördtəkərli modelidir.
KTM markası, ilk növbədə, motosiklllər ilə assosiasiya edilir. Üstəlik, bir müddət bundan əvvəl KTM baykları Brabus emblemini də daşımağa başlayıblar. Bununla belə, firmanın model xəttində dördtəkərli texnika da var - bu, X-Bow sportkarıdır. Bu sportkarın müxtəlif növləri olan X-Bow GT4, X-Bow GTX və X-Bow GT2 modelləri yarışlarda uğurla çıxış edirlər. Onlar X-Bow modelindən bağlı kuzovları ilə fərqlənirlər.
İlin yeniliyi GTX/GT2 trek sportkarlarının yol versiyası olan X-Bow GT-XR modelidir. Hələlik kupe yalnız şəkillərdə debüt edib, ona görə də, onun güc qurğusu və təchizatı barədə məlumat yoxdur. GT-XR modelinin Audi Sport bölməsinin məhsulu olan 2,5-litrlik “turbobeşlyini” (530 - 600 at qüvvəsi, 720 Nm), təhlükəsizlik karkasını və idman oturacaqlarını qoruyub saxlayacağı istisna olunmur. Çox güman ki, yeni sportkar bazasında inşa edildiyi modeldən ağır olacaqdır.
Yeri gəlmişkən, X-Bow GT2 modeli bir tondan ağırdır və tənzimlənən Sachs amortizatorları və Holinger sekvental ötürmələr qutusu ilə təchiz olunur. Ötürmə - arxa oxadır. Öndə - 378 millimetrlik disklər və altıporşenli supportlar, arxada isə, 355 millimetrlik disklər və dördporşenli supportları quraşdırılır. KTM X-Bow GT2 yarış avtomobilinin qiyməti 294 min avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.