Kia-World saytı yeni Kia modelinin ilk cəsus fotoşəklini yaymışdır. İlkin məlumatlara görə, şəkildə təsvir edilən avtomobil arxa çəkişli “kupeşəkilli” sedanın prototipinin təsviridir. Cənubi Koreyada K8 adı ilə satılacaq avtomobilin ilk kütləvi nümayişi gələn ilin əvvəlində baş tutacaq Detroyt avtosalonunda keçiriləcəkdir.

Şəkillərdən də gördüyümüz kimi, yeni sedan beş il bundan öncə Frankfurt avtosalonunda nümayiş etdirilmiş Kia GT konseptinin üslubunda hazırlanmışdır. O vaxtdan dəfələrlə belə bir avtomobilin buraxılacağı haqqında şaiyələr dolaşsa da, sedan yeni modellərin istehsal planına 2014-cü ildə daxil edilmişdir.  Gözləndiyi kimi, avtomobilin seriya variant konseptdə olan futurustik görünüşdən məhrum edilmişdir. Bununla belə, prototip konseptlə fənərlərinin dizaynı, baş işıq texnikasının ümumi formaları, həmçinin bamperin aşağı hissəsindəki və ön qanadlardakı hava girişlərinin tərtibatı ilə bənzərlik daşıyır. Kupeşəkilli sedanın kamuflyaja bürünmüş prototipinin ilk görüntüləri bu ilin may ayında cəsuslar çəkilmişdir. Ehtimallara görə, yeni avtomobil Genesis subbrendi üçün istifadə edilən şassidə yığılacaqdır. Sedanın mühərrik çeşidinə 3,3-litrlik V6 mühərriki və səkkiz silindrli 5,0-litrlik  mühərrik daxil ediləcəkdir. Avropa bazarı üçün nəzərdə tutulmuş avtomobil dizel və hybrid güc aqreqatı ilə də təchiz edilə bilər.