AvtoVAZ şirkətinin saytında Lada 4x4 Bronto modeli barədə məlumat dərc edilib. Bu ofroder Lada 4x4 modelinin ən bahalı modifikasiyasıdır. Bu xəbəri Motor saytı yayıb.

Rusiyada Lada 4x4 Bronto modeli 676 - 740 min rubl (19,4 - 21,3 min manat) arasındakı qiymətlərlə təklif ediləcəkdir.

Qeyd etmək lazımdır ki, yeni modifikasiya beş qapılı 4x4 Urban modelindən 168,4 min rubl (4,8 min manat) bahadır. Lada 4x4 Bronto digər ofroderlərdən genişləndirilmiş təkər tağları, artırılmış klirens, gücləndirilmiş arxa körpü, gücləndirilmiş yay və gedişi artırılmış  amortizatorlar, ön və arxa oxdakı vitşəkilli özüqapanan differensiallar və ABS sistemi olan əyləcləri ilə fərqlənir. Avtomobilin baza təchizatına kondisioner, sükanın hidravlik gücləndiricisi, ön elektrik şüşəqaldıranlar, qızdırılan ön oturacaqlar, relinqlər, 15 düymlük təkər diskləri, yolsuzluq şinləri, yan güzgülərin elektriklə idarə olunması və qızdırılması daxildir.

Ofroder 83 at qüvvəli 1,7-litrlik mühərrik və mexaniki ötürmələr qutusu ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt