Rusiyanın “AvtoVAZ” şirkətinin mütəxəssisləri növbəti nəsil Lada 4x4 ofroderinin işlək maketlərini hazırlamışdırlar. “MassCars” agentliyinin verdiyi xəbərdə bu maketlərin avqust ayında Moskvada keçiriləcək tədbirdə nümayiş etdiriləcəyi bildirilmişdir.
Avtomobil istehsalçısının bildirdiyinə görə, yeni nəsil Lada 4x4 modelinin işlənib-hazırlanması üzrə işlər sürətlə davam etdirilməkdədir. Mütəxəssislər avtomobilin satılacağı bazarları və məhsulun mövqeyini təyin etmiş, həmçinin yeni avtomobilin mühərrik çeşidini təsdiqləmişdirlər. Yeni ofroderin mühərrik qammasında ən güclü aqreqat 122 at qüvvəli 1,8-litrlik dördlisindirli benzin mühərriki olacaqdır.
Yeganə naməlum olan isə, yeni avtomobilin hansı mövqedən çıxış edəcəyidir. Növbəti nəsil Lada 4x4 modelinin krossover və ya əsl ofroder olacağı hələ də məlum deyildir.
İstehsalçı praktiki olaraq kuzov üzərində işləri tamamlayaraq yeni arxitekturanın tərkib hissələrni müəyyən etmiş, həmçinin Lada 4x4 New Generation modelinin iki maketini hazırlamışdır.
Söyənilənlərə görə, yeni ofroder Lada XRay və Renault Duster modelinin istehsalında istifadə edilən B0 platformasında yığılmalıdır.

Əgər “AvtoVAZ” şirkətinin planında dəyişiklik olmazsa, yeni ofroder gələn il satışa çıxarılmalıdır ki, yeni avtomobil həm üç, həm də beş qapılı kuzovla təklif ediləcəkdir. Yuxarıda dərc etdiyimiz plana əsasən yeni model ilə birlikdə cari modelin də paralel istehsal ediləcəyi də aydın olur.
“AvtoVAZ” hazırki Lada 4x4 modelinə olan tələbatı nəzərə alaraq onun istehsalını davam etdirmək niyyətindədir.