«АвтоВАЗ» şirkəti Lada 4x4 Urban modelinin beşqapılı variantının istehsalına start vermişdir. Yeni modifikasiya standart modeldən kuzov dəsti və əlavə avadanlıqla seçilir. «Şəhər şəraitində istismal üçün uyğunlaşdırılmış» yolsuzluq avtomobilinin qiyməti 552100 rus rublu (12750 manat) təşkil edir ki, bu da standart avtomobildən 42 min rubl (970 manat) bahadır. Lada 4x4 Urban modeli əlavə vibroizolyasiya, kandarlara əlavələr, bamperlərin plastikdən hazırlanmış örtüklərini, 16-düymlük yüngül lehimli diskləri və oturacaqların xüsusi örtüyünü əldə etmişdir.

Avtomobilin təchizatına kondisioner, yan görüntü güzgülərinin qızdırılması və elektriklə idarə edilməsi, həmçinin elektrik şüşəqaldıranlar daxil edilmişdir.  Yolsuzluq avtomobili 83 at qüvvəsi və 129 Nm fırlanma anı olan 1,7-litrlik benzin mühərriki ilə hərəkətə gəlir. Lada 4x4 Urban beş pilləli mexaniki sürətlər qutusu, tam çəkiş sistemi, paylaşdırıcı qutu və oxlararası qapanma differensialı ilə təchiz edilir. 

Bilindiyi kimi, üçqapılı Lada 4x4 Urban avtomobilinin satışlarına 2014-cü ilin payızında başlanmışdır. O zaman avtomobil 511700 rubla təklif edilirdi.«АвтоВАЗ» şirkətindən bildirildiyi kimi, ümumi satışların 37 faizi Lada 4x4 Urban modelinin payına düşür.

Image alt Image alt