Lada 4x4 avtomobili Azərbaycan bazarında çox populyardır. Bu məşhurluğun əsas səbəblərindən biri, yaxşı ofroud xarakteristikaları ilə seçilən avtomobilin ucuz qiymətidir. Əvvəllər də xəbər verdiyimiz kimi, gələn il AvtoVAZ şirkəti yeni nəsil 4x4 modelini təqdim etmək niyyətindədir.
Əldə edilən məlumatlara görə, AvtoVAZ hazırki modeli texniki cəhətdən yeniləməkdə davam edəcəkdir. Avtomobil istehsalçısının bildirdiyinə görə, yeni nəsil Lada 4x4 modelinin işlənib-hazırlanması üzrə işlər sürətlə davam etdirilməkdədir.
Mütəxəssislər avtomobilin satılacağı bazarları və məhsulun mövqeyini təyin etmiş, həmçinin yeni avtomobilin mühərrik çeşidini təsdiqləmişdirlər. Yeni ofroderin mühərrik qammasında ən güclü aqreqat 122 at qüvvəli 1,8-litrlik dördlisindirli benzin mühərriki olacaqdır.
Yeganə naməlum olan isə, yeni avtomobilin hansı mövqedən çıxış edəcəyidir. Növbəti nəsil Lada 4x4 modelinin krossover və ya əsl ofroder olacağı hələ də məlum deyildir. İstehsalçı praktiki olaraq kuzov üzərində işləri tamamlayaraq yeni arxitekturanın tərkib hissələrni müəyyən etmiş, həmçinin Lada 4x4 New Generation modelinin iki maketini hazırlamışdır.
Söyənilənlərə görə, yeni ofroder Lada XRay və Renault Duster modelinin istehsalında istifadə edilən B0 platformasının gücləndirilmiş variantıda yığılmalıdır.