AvtoVAZ şirkəti Lada Granta modelinin idman versiyası olan Drive Active modifikasiyasının isteshalına başlayıb. Yeni modifikasiya Lada Sport tərəfindən hazırlanmış asqı sisteminə, aerodinamik kuzov dəstinə və idman oturacaqlarına sahib olub. Ümumilikdə model 23 yeni element və qurğuya sahib olub.
Lada Granta Drive Active modeli adi modeldən fərqli olaraq, yana əyilmələri azaldan və idarəetməni yaxşılaşdıran qısa gedişli asqıya sahib olub. Zahiri cəhətdən modeli baqaj qapağının üzərindəki spoyler və qırmızı moldinqləri olan çıxıntılı bamperlər, buraxılış sisteminin çıxış boruları və orijinal dizayna malik olan təkər diskləri sayəsində tanımaq olar.
Modelin salonunda inkişaf etdirilmiş yan dəstəyi olan kresloları, dəri ilə üzlənmiş və qırmızı tikişləri olan sükan çarxı, həmçinin qırmızı işıqlandırmaya malik olan cihazlar paneli quraşdırılıb. Model 106 qüvvəli 1,6-litrlik mühərrik ilə təchiz edilir.