“AvtoVAZ” şirkəti öz modellərinə Lada Connect telematik sistemini quraşdırmağı təklif edir. Bu sistemin köməyi ilə Lada modellərinin bir sıra funksiyalarını smartfonlar vasitəsi ilə idarə etmək mümkün olacaqdır. Lada Connect sürücünün davranışını qiymətləndirərək təhlükəsiz idarəetmə üçün tövsiyyələr verə bilər.
“Vedomosti” qəzetinin bildirdiyinə görə, Lada Connect sistemini Vesta, Granta, XRay və digər modellərə quraşdırmaq olar. Kompleksin hazırlanması ilə Rusiyanın “Laboratoruiya umnoqo vojdeniya” (“Agıllı sürüş laboratoriyası”) şirkəti məşğul olub.
Smartfondalkı tətbiqin köməkliyi ilə avtomobilin yerləşdiyi nöqtəni, yanacağın səviyyəsini və akkumulyator batareyasının enerji ehtiyatı bilmək olar. Bundan başqa, tətbiqin köməyi ilə avtomobili məsafədən işə salmaq, qapıları açıb-bağlamaq və xarici işıqlandırma sistemini idarə etmək mümkündür.
Rusiyada sistem 29900 rubl (760 manat) qiymətinə təklif edilir. Bu məbləğə üç illik abunə ödənişi daxildir. Bu müddət bitdikdən sonra avtomobil sahibləri ildə 4000 rubl (101 manat) ödəməlidirlər.