5 aprel 2022-ci il tarixində əfsanəvi Lada Niva modeli özünün 45-illik yubileyini qeyd edəcəkdir. Əlamətdar hadisədən öncə, AvtoVAZ şirkəti rus ofrouderinin tarixindəki əhəmiyyətli rəqəmlər ilə bölüşmək qərarına gəlib. Niva modeli Voljsk avtomobil zavodunun mühəndisləri tərəfindən müstəqil şəkildə yaradılçış ilk seriya avtomobili olub. İstehsalın başlandığı gündən etibarən Niva modeli dünya üzrə 2,5 milyon nüsxədə satılıb.
İlkin olaraq, Voljsk avtomobil zavodunun mütəxəssisləri kənd sakinləri üçün utilitar avtomobili yaratmaq qərarına gəliblər.
Lada Niva Legend Black
İlk bazara çıxma tarixinə Niva unikal məhsul olub: o, aparıcı kuzova, differensial daimi tam ötürməyə, yüksək dövrəli mühərrikə, müstəqil ön asqıya və ön disk əyləclərinə malik idi. Buna görə də, rus istehsalçısı Niva modelinin “müasir krossoverlər sinifinin əcdadlarından biri” olduğunu bildirib.
Lada Niva təkcə doğma vətənində deyil, həmçinin xaricdə də populyar olub - 45 il ərzində AvtoVAZ yüzdən çox ölkəyə 700 min ofrouder ixrac edib. Xatırladaq ki, Niva planetin uzunömürlü avtomobillərindən biridir. Ofrouder üç dəfə “Paris-Dakar” rallisinin podiumuna çıxıb.
Lada Niva Travel
Lada Niva modeli dəfələrlə modernizasiya edilib, hazırda Niva Legend adı altında satılır və Tolyattidəki zavodda buraxılır. Həmin zavodda Chevrolet Niva modelinin modernləşdirilmiş versiyası olan Lada Niva Travel ofrouderi də istehsal olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.