Amerikalılardan satın alınan GM-AVTOVAZ müştərək müəssisəsi əsasında yaradılan Lada Qərb Tolyatti şirkəti bu aydan etibarən Niva modelinin Lada markası altında istehsalına başladığını elan edib. Radiator barmaqlığında və sükan çarxına vurulan firma ladya emblemini daşıyan ofrouderlər artıq konveyer xəttindən çıxıblar.
Bu xəbər heç kim üçün sürpriz olmayıb: Niva modelinin yenidən Lada markası altında buraxılacağı barədə məlumat bu ilin yanvar ayında dərc edilib. Sənədlər Rosstandartın bazasında aşkar olunublar.
AvtoVAZ şirkəti Niva modelini geri qayıtması haqqında danışır, çünki istehsal öncəsi əvvəlki mərhələdə - 2000-2002-ci illərdə - ofrouder tam olaraq Lada kimi istehsal edilirdi. Əsas komponentlərin istehsalı Rusiya şirkətinin zavodunda təşkil edilmişdi, General Motors ilə ortaq müəssisədə isə avtomobillərin rəngləməsi və son yığım prosesi həyata keçirilirdi. Bu günə qədər imodelin ümumi tirajı 700 min ədədə çatıb.
Beləliklə, bu gündən etibarən Lada şirkətinin məhsul xəttində rəsmi olaraq iki ofrouder olacaqdır: Lada 4x4 və Lada Niva.