“Autopotok” teleqram kanalının Lada Sport bölməsinin baş direktoru Vladislav Nezvankinə istinadən verdiyi məlumata görə, Sport indeksini almış Niva ofrouderi Lada Granta Sport modeli ilə eyni mühərriklə təchiz olunacaq. “İdman” versiyasının yaxın aylarda nümayiş etdiriləcəyi gözlənilir. Üstəlik, Niva Sport modelinin 2024-cü ilin sonuna qədər kiçik həcmli istehsalına start veriləcəyi də bildirilir.
Niva Sport prototipi keçən ilin dekabrında buraxılıb. Prototip genişləndırılmiş təkər tağları, rallisi avtomobilinin üslubunda olan xüsusi şinlər və hava girişi olan “donqar” kapotu ilə seçilirdi. Salonda isə, paylayıcı qutu və mexaniki transmissiyanın dəyişdirilmiş qolları, yeni oturacaqlar və fərqli sütunu olan orijinal sükan çarxı var idi.
Bundan başqa, mərkəzi tunelin arxitekturası və işəsalma açarının yuvası də dəyişdirilmişdi. Əvvəllər AvtoVAZ şirkətinin ön ötürməli modellərdən çoxlu komponentlər götürdüyü də bildirilmişdi: məsələn, transmissyanın qolu Vesta, dönmə siqnallarının dəstəyi isə Granta modelindən götürülüb.
Qeyd etmək lazımdır ki, 2023-cü ilin yayının əvvəlində Lada Niva modelinin iki yeni versiya alacağına dair məlumatlar peyda olub: Sport indeksli versiyanın 120 at qüvvəli 16 klapanlı aqreqatı əldə edəcəyi və onun "fərqli şəkildə” yerləşdiriləcəyi bildirilmişdi.
Ofrouderin top versiyasının isə, 1,8-litrlik VAZ-21179 mühərrikini alacağı proqnozlaşdırılırdı. Belə bir mühərriklə ofrouderin 100 km/saata sürətlənmə müddəti 19 saniyədən 12 saniyəyə enməlidir.
Məlum olduğu kimi, Lada Niva Legend 83 at qüvvəsi hasil edən 1,7-litrlik mühərriklə təchiz edilir. Mühərrik beş pilləli mexaniki transmissiya ilə birləşdirilib. Güman edirəm ki, verdiyimiz məlumat butalı köynəyi olan oğlanları az da olsa, sevindirməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.