Lada Niva Travel modelinin Black versiyasının satışlarına start verilib. Qeyd etmək gərəkdir ki, artıq belə “qara” versiyada klassik Niva Legend, XRay Cross, Vesta Cross və Vesta SW Cross modelləri də təklif olunurlar. Lada Niva Travel rus markasının çeşidindəki beşinci “qara” modeldir.

Lada Niva Travel Black modeli bir təhlükəsizlik yastığı, kondisioner, audio hazırlığı və ön öturacaqların qızdırılması funksiyası ilə təchiz edilmiş Comfort təchizat səviyyəsinə malik olan ofrouderə əsaslanır. Belə Niva ilkin olaraq yan güzgülərin qara gövdələrinə, təkər tağlarındakı və bamperlərdəki qara rəngli örtmələrə malikdir. Black versiyasında quraşdırılan 16-düymlük (Comfort versiyasında 15-düymlük) təkər diskləri də qara rəngə boyanırlar.

Image alt Image alt Image alt

Bundan başqa, dam reylinqləri (daha bahalı versiyalarda mövcuddur) və arxa qapıların pəncərə çərçivəsindəki “Black” yazısı olan emblemlər, habelə kuzovun rənginə boyanmır ehtiyat təkərinin qapağı da təchizata əlavə olunub. Salonda rombşəkilli tikişləri olan örtüklə üzlənmiş oturacaqları və qara tavanı görmək olar. Ofrouderin təchizatına siqnalizasiya və qapı kilidlərinin məsafədən idarəolunması daxildir. Firma ayaqaltıları üçün əlavə ödəniş etmək gərəkdir. Bununla Black versiyasının xüsusiyyətləri siyahısı tamamlanır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.