AvtoVAZ şirkəti Lada Vesta XRay Cross modelinin ardınca Lada Vesta modelinin bahalı versiyaları "Yandeks.Avto" sistemi ilə təchiz edə bilər. Bu barədə məlumatı "AvtoVAZ News" saytı yayıb.
Yandex sisteminin quraşdırılması ilə Lada Vesta sahiblərinə "Yandex.Navigator", "Yandex.Browser" və "Yandex.Music" xidmətlərindən istifadə etmək, habelə avtomobildən çıxmadan yanacaqdoldurma məntəqəsində yanacağın dəyərini ödəmək və Alisa səs yardımçısına əmrlər vermək imkanı yaradacaqdır. Bu funksiyaların hamısı Instinct təchizat səviyyəsinə malik olan Lada XRay Cross modelində mövcuddur, XRAy Insrinct modelinin qiyməti 1.048.900 rubl (24.975 manat) təşkil edir.
Xatırladaq ki, Lada Vesta Azərbaycan bazarında 23.700 manatdan başlayan qiymətlər ilə təklif edilir. 2019-cu modeli ilinin Vesta SE Cross sedanlarını isə 21.800 manatlıq güzəştli qiymətlər ilə əldə etmək mamkündür.
Mənbə: AvtoVAZ News