Rusiyanın “AvtoVAZ” istehsalçısı U235 mahnı festivalına Lada Vesta sedanının elektriklə hərəkət edən variantını gətirmişdir. Elektrik mühərriki olan Vesta modelinin fotoşəkillərini Tolyatti istehsalçısının marketinq idarəsinin rəisi Aleksandr Bredixin özünün Facebook sosial şəbəkəsindəki səfihəsində dərc etmişdir.

Adına “EV” indeksi əlavə edilmiş model 82 at qüvvəsi gücü olan elektromotorla və 25 kilovat/saat tutumu olan litium-ion batareyalar dəsti ilə təchiz edilmişdir. Yerindən 100 km/saat həddinə kimi elektromobil 15,5 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 140 km/saat həddində məhdudlaşdırılmışdır. Avtomobil şəhər rejimində 200 kilometr, avtomagistralla hərəkət zamanı isə 150 kilometr məsafə qət etmək iqtidarındadır. Batareyaların məişət elektrik şəbəkəsindən doldurulmasına doqquz saat vaxt tələb olunur.

Bir müddət bundan əvvəl, rus istehsalçısı Lada Vesta modelinin həm benzin yanacağı, həm də metal ilə işləyən variantını təqdim etmişdi. Həmin model Lada Vesta CNG adlandırılmışdır. Xatırladaq ki, Lada Vesta modeli 2015-ci ildə debüt etmişdir.

Yığcam sedan 106 at qüvvəsi gücü olan 1,6-litrlik mühərriklə təchiz edilir. Güc aqreqatı beş pilləli mexaniki və ya robotlaşdırılmış sürətlər qutusu ilə komplektləşdirilir.

Image alt Image alt Image alt Image alt Image alt