Rusiyanın büdcə avtomobilləri istehsalçısı olan «АвтоВАЗ» şirkəti Vesta modelinin baza variantı olan Classic versiyasının avadanlıqlar siyahısını genişlətdiyi barədə xəbər yayıb. Şirkətin mətbuat xidmətinin bildirdiyinə görə, dəyişikliklər avtomobilin komfort və təhlekəsizlik sistemlərinə aiddir. Bu dəyişikliklərin avtomobilin qiymətinə təsir etmədiyi mətbuat xidməti tərəfindən ayrıca vurğulanıb.

Beləliklə, Vesta Classic versiyası ön sərnişin üçün nəzərdə tutulan ikinci təhlükəsizlik yastığı ilə təchiz ediləcəkdir. Əvəllər  sərnişin üçün nəzərdə tutulan təhlükəsizlik yastığının tərkibinə kondisioner və soyudulan əlcək qutusu daxil olan Start dəstində təklif edilməsi planlaşdırılırdı. Artıq alıcılar  30000 rublu kondisioner və soyudulan qutu üçün ödəyəcəklər.

Təhlükəsizlik yastığından başqa, Vestanın baza variantı ön oturacaqların və yan güzgülərin qızdırılması ilə də təchiz ediləcək. Bundan öncə bu opsiya ilə ancaq avtomobilin 570000 rubl qiyməti olan daha bahalı variantı Comfort növü üçün standart avadanlıq kimi nəzərdə tutulmuşdur.

Xatırladaq ki, yeni modelin istehsalına keçən ilin noyabr ayının sonlarında start verilmişdir. Avtomobil satışlarına hələlik Rusiya və Belarus bazarlarında başlanılmışdır. Lada Vesta’nın ölkəmizdəki satışlarının nə zaman başlanacağı məlum deyl.