Rusiyanın büdcə atomobilləri istehsalçısı olan Voljsk avtomobil zavodu (AvtoVAZ) yeni Lada Vesta modelinin uzun bazalı variantı olan Signature modifikasiyasını iki nüsxəsini Samara vilayəti hökümətinin Moskva şəhərindəki nümayəndəliyinin ixtiyarına vermişdir. Samaralı məmurlar Vesta Signature sedanının rahtlığını və quraşdırılmış sistemlərin istismarını qiymətləndirəcək, həmçinin avtomobilin təkmilləşdirilməsi üçün öz təkliflərini hazırlayacaqdırlar. İlk dəfə eksperiment şəkilində hazırlanmış uzun bazalı Vesta avtomobillərinin mövcudluğu barədə 2015-ci ilin payızında xəbər verilmişdi.
Lada Vesta Signature sedanı standart modelə nisbətən 250 millimetr daha uzundur. Beləliklə, uzun bazalı Vesta modelinin qabarit uzunluğu 4660 millimetr təşkil edir. Bundan əlavə, sedan benzin çəninin dəyişdirilmiş qapağını və baqaj qapağını açmaq üçün salonda quraşdırılmış düyməni əldə etmişdir. Xüsusi variantdan olan avtomobillərdə atenna avtomobilin damının arxa hissəsində quraşdırılmışdır. Əlbəttə ki, avtomobilin bazasının böyüməsindən əsas qazancı arxa cərgənin sərnişinləri əldə etmişdirlər. Şəkillərdən də göründüyü kimi, arxa sərnişinlərin ayaqları üçün kifayət qədər məkan vardır.
«Məmurlar üçün» Vesta modelinin güc aqreqatı barədə məlumat açıqlanmamışdır. Hal-hazırda Vesta modeli 106 at qüvvəsi gücü olan 1,6-litrlik benzin mühərriki ilə təklif edilir. güc aqreqatı beş pilləli mexaniki və ya eyni diapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilir.