AvtoVAZ şirkətinin yeni seriya modeli olacaq Lada XCODE Renault-Nissan ittifaqının mütəxəssislərinin hazırladığı yeni platformalardan birində istehsal olunacaqdır. Bu barədə məlumatı, «Gazeta» nəşrinə müsahibəsi zamanı rus istehsalçısının yeni rəhbəri Nikolya Mor bildirmişdir.
«Hazırda alyans 2020-ci ildə hazır olacaq yeni platforma üzərində çalışır. Bu platforma daha çox müasir texnologiyalar tətbiq etməyə imkan yaradacaqdır. Siz isə, bizim Moskva avtosalonunda təqdim etdiyimiz XCODE modelini gözləməli olacaqsınız. O yeni platformada hazırlanacaqdır», - söyləyən Nikolya Mor yeni avtomobilin 2020-ci ildə işıq üzü görəcəyini bildirmişdir. Bununla belə, AvtoVAZ şirkətinin rəhbəri yeni avtomobilin hansı platformada hazırlanacağını bildirməmişdir. Ehtimallara görə, bu platforma CMF modul arxitekturası olacaqdır.
Məlum olduğu kimi, gələn onilliyin əvvəlində, bu platformadan Renault-Nissan ittifaqının beş qitədədə və ondan çox ölkədə olan zavodlarında yeni modelləri istehsalı zamanı istifadə ediləcəkdir. Eyni zamanda, Nikolya Mor Lada XCODE modelinin rus istehsalçısının model xəttindəki yeri barədə məlumat vermişdir: «Yeni model ofroder olmayacaq. XCODE konsepti Lada Kalina Cross və XRAY modelləri arasında yerləşəcək avtomobil barədə təəssürat yaradır. XCODE modeli XRAY ilə eyni ölçülərdə, hətta deyərdim ki, ondan kiçik olacaqdır».