AvtoVAZ şirkəti zəngin təchizat səviyyəsi olan Lada avtomobilləri ilə təcrübələri davam edir. Məsələn, Lada Vesta modelinin Ecxlusive top-versiyası mövcuudr, amma 2017-ci ildə peyda olan XRAY Exclusive modelinin ömrü uzun olmayıb. Hazırda XRAY ailəsi yeni bayraqdarına - Instinc təchizat səviyyəsinə malik olan XRAY Cross modelin qovuşub.
Yeni təchizat növünün əsasını Luxe Prestige səviyyəsi təşkil edir. Bu səviyyənin avadanlıq siyahısına oturacaqların qarışıq örtükləri (parça və süni dəri), qızdırılan alın şüşəsi, sükan və arxa oturacaqlar daxildir. Yeni versiyanın əsas xüsusiyyəti 8,0-düymlük ekranı (standart 7,0-düymlüyün əvəzinə), arxa görüntü kamerası və 4G modemi olan Yandex.Auto mediasistemidir. Bundan başqa, Lada XRAY Instinct modeli naviqator, Alisa əs köməkçisi və bir sıra digər Yandex xidmətləri ilə öyünə bilər. Avtomobilin alıcıları yarım illik pulsuz interneti də əldə edəcəklər.
Zahiri cəhətdən Instinct versiyasını qara rəngli dam və güzgü gövdələri, üstəgəl ikirəngli təkər diskləri sayəsində ayırd etmək olar. Salondakı yeniliklər isə yeni oturacaq örtükləri, parlaq qapı tutacaqları və təchizat səviyyəsinin adı olan emblemlərdən ibarətdir. Lada XRAY Cross Instinct modeli iki variantda təklif ediləcəkdir. Onlardan birincisi 122 at qüvvəli 1,8-litrlik mühərriki və mexaniki transmissiya ilə təchiz edilən, ikincisi isə, 113 at qüvəli 1,6-litrlik Nissan mühərrikinə və variatoruna malik olan modifikasiyadır.
AvtoVAZ yeni XRAY Cross Instinct modelinin istehsalına başıayıb. Modelin satış qiymətləri hələlik səsləndirilməyiblər.