Laden Loven saytında Lada XRay Cross modelinin təcili geri çağrılması barədə məlumat peyda olub. Dilerlərə XRay Cross modelinin sahibi ilə şəxsən əlaqə saxlayaraq, avtomobili evakuatorda servisə gətirmələri barədə göstəriş verilib. Bu göstərişi AvtoVAZ şirkətinin servis xidmətinin təşkili üzrə idarənin rəhbəri imzalayıb.
Dərc edilmiş məktubdə «sükan idarəetmə sisteminin elektrik gücləndiricisinin valının uyğun gəlmədiyi» və aralıq valının dəyişdirilməsinin gərək olduğu bildirilib. Marka nümayəndələrindən geri çağrılan avtomobillərin təcili şəkildə diler mərkəzlərinə gətirilməsi tələb olunur. Çox güman ki, problem İnternet şəbəkəsində yayınlanmış videoçarxla bağlıdır. Bu videoçarxda XRay Cross modelinin sükan valının qaynaq yerlərinin partladığı göstərilirdi.