Rusiyanın büdcə avtomobilləri istehsalçısı olan AvtoVAZ şirkəti bu gündən Lada Xray hetçbekinin seriya istehsalına başlamışdır. Yeni modelin rəsmi satışlarına gələn ilin fevral ayından başlanılmalıdır. Lada Xray modelinin ilk təqdimatı bu ilin noyabr ayında baş tutmuşdur. Yeni model B0 adlı platformada istehsal edilir. Bu şassi üzərində Renault Logan və Sandero modelləri də buraxılır. Buna baxmayaraq, AvtoVAZ hetçbekin 500 yaxın özünəməxsus detallar aldığını vurğulayır.

Lada Xray modelinin qabarit uzunluğu 4164 millimetr, eni - 1764 millimetr, hündürlüyü isə 1750 millimetr təşkil edir. Modelin təkərlərarası bazası 2592 millimetrdir. Beləliklə, yeni Lada analoji Renault Sandero Stepway modelindən 84 millimetr daha uzun, 7 millimetr enli və 48 millimetr alçaqdır. Təkərlərarası bazaya gəldikdə, Xray Sandero modelindən 3 millimetr daha üstündür.

Lada Xray üç növ benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Bunlardan ikisi 1,6-litr həcmli 106 və 114 at qüvvəli mühərriklər, üçüncüsü isə 122 at qüvvəli 1,8-litrlik güc aqreqatıdır. Ən güclü mühərrik rus şirkətinin öz istehsalı olan «robotla», 1.6-litrlik mühərriklər isə Renault istehsalı olan mexaniki sürət qutusu ilə təchiz olunacaqdır.

Ən zəif mühərriklə təzchiz edılən Xray 100 km/s sürətini 11,9 saniyəyə, 114 at qüvvəli variant isə 10,3 saniyəyə toplayır. Ən güclü varianta isə bu məsələ üçün 10,2 saniyə tələb olunur.  AvtoVAZ şirkətinin rəhbəri Bu Anderssonun dediyinə görə, Lada Xray modelinin təchizatı Renault Sanderoya nisbətən daha üstün olacaqdır.

Belə ki, avtomobilin avadanlıqlar siyahısına stabilizasiya sistemi, arxa görüntü kamerası, şinlərdəki təzyiqi bildirən datçiklər və 7-düymlük displeyi olan multimediaya sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt