AvtoVAZ şirkəti Lada XRay modelinin varisini hazırlayır. Bu barədə xəbəri, şirkət daxilindəki mənbələrinə istinad edən Drom nəşri yayıb. İnsayderlər XRay hetçbekinin varisinin prinsipcə yeni avtomobil olacağını iddia edirlər: onlar yeni avtomobilin Lada Niva Legend modelinin “sadələşdirilmiş şəhər versiyası” olacağını bildiriblər. Beləliklə, Xray modelinin varisi yeni platformada inşa ediləcək və çox güman ki, adını dəyişəcəkdir. Yeni avtomobilin istehsalına Tolyatti şəhərindəki zavodda 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində başlanmalıdır.

İnsyderlərin verdiyi məlumata görə, XRay modelinin varisi yeni nəsil Niva modeli ilə eyni arxitekturanı paylacaqdır - zavoddaxili sənədlərdə bu arxitektura Renault X13 indeksi altında əksni tapıb. Söhbət, AvtoVAZ mühəndislərinin üzərində işlədiyi, tam ötürməsi və tranmsissiyanın azaldıcı cərgəsi olan sadələşdirilmiş CMF B-LS (Low Specifications) platformasının modifikasiyasından gedir. Nəticədə, yeni Lada Niva modeli Dacia Bigster modelindən daha “keçərli” olmalı, habelə Suzuki Jimny və Land Rover Defender modelləri ilə bəzi oxşarlıqları əldə etməlidir.

Yeni Niva modelinin mühərriki ənənəvi mexaniki ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. XRay modelinin varisi isə variator ilə təchiz olunacaqdır, çünki yeni hetçbek həm ön, həm də tam ötürmə ilə təklif ediləcəkdir.

Yeni təfərrüatlar əvvəlki məlumatlarla üst-üstə düşür: əvvəllər AvtoVAZ şirkətinin Xray modeli üçün geniş yenilənmələri nəzərdə tutmadığı və modelin həyat dövrünün sonuna qədər indiki kimi qalacağı bildirilmişdi. Bunu hetçbekə olan aşağı tələbatla izah edirlər: keçən il Xray modelio 22.107 nüsxəlik tirajla satılıb. Xatırladaq ki, Vesta modelini 113.698 alıcı seçib. Çox güman ki, 7 il ərzində xalqın sevimlisinə çevrilməyən sələfi ilə assosiasiyalar yaratmamaq üçün, yeni modelə başqa ad veriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.