Gələn ildən Lada avtomobillərində yeni multimedia sistemi quraşdırılacaqdır. Hazırda rus avtomobillərində, AvtoVAZ şirkətinin özünün hazırladığı multimedia sistemi ilə yanaşı, Renault şirkətinin məhsulundan da istifadə edilir. Bu barədə xəbəri Rusiyanın Motor saytı yayıb.
Voljsk avtozavodu bir müddət bundan öncə Yandekslə əməkdaşlıq memorandumu imzlayıb. Bu səbəbdən də yeni multimedia sistemlərində Yandeks.Auto platformasının tətbiq olunacağı istisna edilmir. Həmçinin, yeni ildən, Lada Connect sisteminin də tətbiq ediləcəyi bildirilib.
Lada Connect uzaq məsafədən avtomobilin bir sıra funksiyalarını smartfon vasitəsi ilə idarə etmək imkanı verir. Bunlara misal olaraq, mərkəzi kilidin açılıb-bağlanması, işıqların yandırılması və mühərriki söndürmək kimi funksayaları göstərmək olar. Ekranda avtomobilin yerləşməsini görmək və onun oğurlanması halında polisə xəbər vermək mümkündür. Sistem eyni zamanda, sonrakı təhlil üçün gündəlik gedişlərin telemetriyasını yaza bilər.
Yandeks.Auto avtomobil sahiblərinə şirkətin xidmətlərindən (naviqator, musiqi və hava) multimedia sisteminin ekranı vasitəsilə istifadə etmək imkanı verir. Bu sistemi ilk Toyota Camry və RAV4 avtomobilləri əldə edəcəkdirlər.