Lamborghini şirkəti italyan iXoost firması ilə birlikdə Aventador modelinin arxa hissəsinin dizayn üslubundan yaradılmış smartfonlar üçün dok-stansiyası olan stereosistemi hazırlamışdır. Bu stereosistemin qiyməti 24,8 min avrodur.

Lamborghini nümayəndələrinin sözlərinə görə, stereosistemin hazırlanması zamanı istihadə edilmiş karbonplastik italyan markasının superkarlarında istifadə edilən material ilə eynidir. Buraxılış sisteminin boruları isə sadəcə bəzək üçün deyil - onlar aşağı tezliklərdə səs təzyiqinin səviyyəsini artıran fazoinvertorlardır. 

Esavox adlandırılmış sistemin gücü 800 vatt təşkil edir, onun çəkisi isə 53 kiloqramdır. Stereosistem Bluetooth 4.0 və 24-bitlik prosessorla təchiz edilmişdir və dörd rəngə boyana bilər: sarı, narıncı, qara və qırmızı. Hal-hazırda bu sistemi sifariş edənlər onu üç aydan sonra alacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt