eBay internet hərracında nadir Lamborghini superkarının və onun üslubunda hazırlanmış qayığın satışı haqqında elan yerləşdirilib. Lamborghini Aventador SV və 16 metrlik qayıq üçün 2,2 milyon dollar istənilir.

Qayıq ABŞ-ın Florida şatatında restoran biznesi ilə məşğul olan superkar sahibinin sifarişi ilə hazırlanmışdır. Əsas olaraq, iki Mercury Racing mühərriki ilə təchiz edilmiş MTI G6 qayığı götürülmüşdür.

Adi yanacaqla işləyən zaman bu mühərriklər 1350 at qüvvəsi hasil edirlər. Yarış yanacağından istifadə edildikdə isə, mühərriklərin gücü 1550 at qüvvəsi təşkil edir. Nəzəri olaraq qayıq 290 km/saat həddinə qədər sürətlənə bilər.

Qayığın qiymətinin 1,75 milyon dollar olduğu söylənilir və onun istehsalına iki il vaxt sərf edildiyi bildirilib. Qayıqda 25 min dollarlıq səs sistemi, 10 min dollarlıq ətraf işıqlandırılması və Lamborghini avtomobillərinin bir sıra orijinal hissələri quraşdırılmışdır. 

Bunlara misal olaraq fənərləri, arxa görüntü güzgülərini, müxtəlif düymə və deflektorları, həmçinin sükan çarxını göstərmək olar. Eyni zamanda, qayıq Aventador SV superkarı ilə eyni rəngə boyanmış və arxa hissəsində «SV» hərfləri həkk edilmişdir.

Sahibinin söylədiyinə görə, superkarın təxmini olaraq 600 min dollar qiyməti vardır. Avtomobil 750 at qüvvəsinə malik olan 6,5-litrlik V12 mühərriki ilə təchiz edilib. Avtomobil 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 350 km/saat maksimal sürətə malikdir.

Aventador modelinin açıq SV modifikasiyası 500 nüsxəlik tirajla buraxılmışdır. Hər iki nəqliyyat vasitəsi zəmanətə malikdirlər. Superkarın odometrində cəmi 700 mil (1126 kilometr) vardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt