Lamborghini şirkəti Aventador superkarının yenilənmiş variantı üzərində çalışmalara davam edir. İtalyan istehsalçısı yeni avtomobilin 2017-ci ilin martında Cenevrədə keçirilən avtosalonda debüt edəcəyini bildirmişdir. Bu barədə xəbəri Motor1 saytı yaymışdır.
Eyni zamanda, italyan markasının nümayəndələrinin Avropa ittifaqının əqli mülkiyyət üzrə idarəsində çıxışında yenilənmiş superkarın “S” indeksinə sahib olacağına işarə vurulmuşdur. Bununla belə, bu markanın fanatları üçün sürpriz olmamışdır. Bildiyimiz kimi, Lamborghini əvvəllər də “S” indeksinin daşıyan avomobillər istehsal etmişdir: bunlara misal olaraq Miura S və Countach S modellərini göstərmək olar.
Yenilənmiş Aventador modeli bu avtomobilin ən güclü modifikasiyası olan Aventador SV (Super Veloce) superkarından bir sıra aerodinamik elementləri və adaptiv amortizatorları da irsən əldə edə bilər.
Göründüyü kimi, kamuflyaj edilmiş superkarın arxa qanadları üzərində əlavə hava girişləri, arxa panelin üzərində isə iki yeni havalandırma girişləri mövcuddur. Eyni zamanda arxa diffuzorun forması və buraxılış sisteminin borularının yerləşməsi dəyişdirilmişdir. Böyük ehtimalla 6,5-litrlik atmosfer mühərrikinin gücü, Aventador 50 Anniversario Edition modifikasiyasında olduğu kimi 20 at qüvvəsi artaraq 720 at qüvvəsinə qədər yüksələcəkdir.