Lamborghini şirkəti V12 mühərriki ilə hərəkətə gələn yeni modelə həsr etdiyi videoçarxı təqdim etmişdir. Çarx italyan markasının ilk avtomobili olan 350 GT modeli xatırladılması ilə başlayır və Aventador modelinin peyda olması ilə başa çatır. Çox güman ki, italyanlar Lamborghini Aventador modelinin yenilənmiş variantına işarə edirlər.
Lamborghini V12: What will be next? («gələcəkdə nə olacaq» kimi tərcümə edilir) adlanan çarxda müxtəlif konstruksiya xüsusiyyətlərinə malik olan Lamborghini modellərindən danışılır. Özü də bu modelləri bir xüsusiyyət birləşdirir - V12 mühərriki. Lamborghini Aventador modelinin yenilənəcəyi barədə məlumat bu ilin yayında yayılmışdır. Bununla belə, italyanlar heç bir məlumat dərc etməmişdirlər. Qeyri-rəsmi məlumatlara görə, superkar daha güclü 6,5-litrlik V12 mühərrikinə sahib olacaqdır. Hazırda bu mühərrik 700 at qüvvəsi və 690 Nm fırlanma anı təklif edir. Yeri gəlmişkən, Lamborghini Aventador Superveloce modifikasiyasında bu mühərrik 750 at qüvvəsinə malikdir. Yenilənmiş superkarın bir sıra yeni dizayn elementlərinə dəd sahib olacağı istisna edilmir. Adına «S» hərifi əlavə ediləcək avtomobilin rəsmi təqdimatı yanvar ayında keçiriləcək Detroyt avtosalonunda baş tutmalıdır.