Skotsdeyl şəhərində keçiriləcək Barrett-Jackson hərracına maraqlı bir avtomobil çıxarılıb. Tractorri adlandırılmış kupe Ford Mustang modelinə bənzəsə də, onun kuzovunun altında Lamborghini Gallardo modelinin texniki hissəsi gizlənir. Avtomobilin inşa edilməsinə 700 min dollar xərclənib.
Tractorri əslində həyata 2007-ci ilin Mustang modeli kimi başlayıb. Sonradan avtomobil Gallardo modelindən götürülmüş 5,0-litrlik V10 mühərriki və altı pilləli E-Gear transmissiyası və tam çəkiş sistemi ilə təchiz edilib. Bundan başqa, kupe superkarın ABS sisteminə və ön asqının hidravlik liftinə sahib olub.
Bütün bu dəyişikliklər avtomobilin kuzovunda dəyişiklik etməyi tələb edib: öndə Porsche 911 Turbo modelinin dönmə işıqları, təkər tağlarının poladdan genişləndiriciləri və Lamborghini Gallardo modelindən götürülmüş arxa fənərlər quraşdırılıb. Kupenin salonunda Gallardo modelinin orijinal mərkəzi konsolu, klimat-kontrolun bloku və düymələri olan təkmilləşdirilmiş ön paneli və oturacaqları quraşdırılıb. Tavan alkantara ilə üzlənmiş, qapı panelləri və kandar lövhəcikləri individual sifariş ilə hazırlanmışdırlar.
Avtomobillə birlikdə onun inşa prosesini əks etdirən kitab və zavod açarsız giriş sistemi verilir.