Bu günlərdə TheSupercarsBlog.com saytı Lamborghini markasının ilk hibrid superkarı olduğu ehtimal edilən avtomobilin şəklini dərc edib. Zavoddaxili LB48H indeksi ilə tanınan modelin Sian adına sahib olacağı söylənilir.
Hibrid superkar haqqında heç bir məlumat yoxdur. Yeni superkarın Tezo Millennio konseptinin dizayn elementlərinə malik olan Aventador modeli olduğu ehtimal edilir. Buna misal kimi, Y-şəkilli gündüz hərəkət işıqlarını göstərmək olar. Bundan başqa, şəkildə 63 rəqəmi həkk edilmiş spoyleri görmək olar. Bu rəqəm Lamborghini markasının əsasını qoyulduğu ilə işarə edir.
Xatırladaq ki, bir müddət bundan öncə, Lamborghini şirkətinin Instagram sosial şəbəkəsindəki səhifəsində ön fənərlərin üçşualı naxışı olan naməlum modelin fotoşəkli pdərc edilmişdi. Şəkil - «Qarşıda sizi yenilik gözləyir. Onu görməyə hövsələniz çatmır? Sadəcə baxışlarınızı gələcəyə yönləndirin», - kəlmələri ilə müşayət edilir.
İlkin məlumata görə, superkarın V12 mühərrikinin əsasında yaradılmış və ümumi gücü 1000 at qüvvəsi olan hibrid qurğu ilə təchiz ediləcəyi bildirilib. Yeni modelin təqdimatı bu ay işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.
Mənbə: TheSupercarsBlog.com