Lamborghini şirkəti Huracan GT3 Evo yarış kupesinin yenilənmiş variantını təqdim edib. Yenilənmiş kupe Lamborghini Super Trofeo Europe monokubokunun Almaniyada keçirilən mərhələsində debüt edib.Avtomobilin döyüş debütü gələn il keçiriləcək “Daytonanın 24 saatı” marafonunda baş tutacaqdır.
Yenilənmiş kupe əvvəlkindən yaxşılaşdırılmış aerodinamik kuzov dəsti ilə seçilir. Avtomobilin aerodinamikası üzərində Lamborghini mütəxəssisləri Dallara aerodinamikləri ilə birlikdə çalışıblar. Superkarın ön splitterinin forması dəyişdirilmiş, Huracan Super Trofeo Evo üslubunda karbonplastikdən kapot, karbondan hazırlanmış iri atiqanad və dəyişdirilmiş “üzgəcləri” olan diffuzor quraşdırılmışdır.
Bundan başqa, Lamborghini mühəndisləri ön asqının kinematikasını dəyişmiş, təkər topunu, diyircəkli yastıqları və tənizmlənən Öhlins amortizatorlarını yeniləmişdirlər.
Əlavə olaraq, kupe Huracan Super Trofeo Evo modelindən alınmış sükanın elektrohidravlik gücləndiricisi və yeni antiqapanma sistemini əldə edib.