Lamborghini şirkəti Bolonya hava limanının sərəncamına Huracan superkarını vermişdir. Avtomobil 2017-ci ilin yanvar ayına qədər təyyarələri uçuş xəttində müşayət edəcəkdir.
Superkar istehsalçının hava limanından 25 kilometr uzaqlıqda olan Sant Aqata Bolonyezedə yerləşən mənzil-qərəgahından birbaşa hava limanına gətirilmişdir. Lamborghini mütəxəssisləri superkarı sarı rəngə boyanmış, yan tərəflərinə şəhərin qrafiki görüntüləri həkk etmişdirlər. Bundan başqa, Huracan sayrışan işıqlarla təchiz edilmiş və baqaj bölümünün üzərinə «Follow me» («Məni təqib et») sözləri yazılmışdır.
Lamborghini şirkətinin marketinq xidməti, superkarın hava limanında xidmət göstərməsinin italyan markasının muzeyinə ziyarətçiləri cəlb etməyə yardım edəcəyindən əmindir. Lamborghini Huracan modeli 610 at qüvvəli və 560 Nm fırlanma anı olan 5,2-litrlik V10 mühərriki ilə təchiz edilir. Güc aqreqatı yeddi pilləli iki muftalı «robotla» birgə çalışır. 100 km/saat sürətini Huracan 3,2 saniyəyə toplayır. Onun maksimal sürəti 325 km/saata bərabərdir.