Seriya superkarlarının yolsuzluq versiyalarının yaradılması dəbini tüninq atelyeləri ortaya atıblar. İndi isə, bu dəb iri avtomobil istehsalçılarına da siraət edib. İki həftə əvvəl Porsche 911 Dakar kupesinin təqdimatı baş tutub, bu gün isə, ona Lamborghini Huracan Sterrato superkarı qoşulub.

İtalyanlar belə versiya üzərində alman həmkarlarından əvvəl düşünməyə başlayıblar: Huracan sportkarının yolsuzluq versiyasının ilk renderləri hələ 2019-cu ildə nəşr olunmuşdu. Artıq Sterrato (İtalyanca "torpaq yol" deməkdir) adını almış kross-sportkar istehsala tam hazırdır.

Belə Lamborghini əlbəttə ki, çətin yolsuzluq üçün nəzərdə tutulmayıb, lakin dağılmış yollarda, nisbətən rəvan torpaq səthlər və ya çöllərdə sürətli hərəkət üçün tam uyğundur. Adaptiv amortizatorlara malik olan asqı ciddi şəkildə yenidən işlənib və gücləndirilib, təkərlərin şaquli gedişi artırılıb. Bundan başqa, baza Huracan Evo modeli (yekun kəmiyyət açıqlanmayıb) ilə müqayisədə, kross-sportkarın klirensi 44 millimetr artırılıb.

Tam idarə olunan şassi saxlanılıb, ön təkər izi 30 millimetr, arxa təkər izi 34 millimetr genişləndirilib. Asfalt üçün nəzərdə tutulmuş Pirelli P Zero şinlərinin əvəzinə artırılmış profilli olan Bridgestone Dueler AT002 yolsuzluq şinləri quraşdırılıb: ön oxda - 235/40 R19, arxa oxda isə 285/40 R19 ölçülü şinlər var. Üstəlik, onlar run flat texnologiyasına malikdirlər: deşilmiş təkərlərlə (80 km/saata qədər sürətlə) 80 kilometrə qədər məsafə qət etmək olar - Huracan Sterrato modelində ehtiyat təkəri nəzərdə tutulmayıb.

Mühərrik bölməsində arxa ötürməli Huracan Evo RWD modelindən götürülmüş 5,2-litrlik V10 atmosfer aqreqatı yerləşir: onun hasilatı 610 at qüvvəsi və 560 Nm fırlanma anı ( tamötürməli Evo modelində 640 at qüvvəsi və 600 Nm) təşkil edir. Yeddi pilləli iki muftalı “robot”, tam ötürmə sistemi və özükilidlənən arxa diferensial standartdır, lakin hərəkət elektronikası dəyişdirilib. Strada və Sport yol rejimlərinə yeni Rally rejimi əlavə olunub.

Lamborghini Huracan Sterrato plastikdən hazırlanmış kuzovun müdafiə dəstinə və altlığın alüminiumdan qoruyucusuna malikdir. Damda mühərrikin hava girişi və baqaj reylinqləri quraşdırılıb. Hava girşinin dama köçürülməsində əsas məqsəd tozun giriş sisteminə dolmasının qarşısını almaqdır. Nəticədə kupenin ümumi hündürlüyü 83 millimetr artaraq 1248 millimetrə çartıb. Salonda  xüsusi alkantara ilə üzləmiş oturacaqlar var, mediasistemin menyusuna isə, yana əyilmələrin və tanqajın göstəricilərini, habelə kompas və coğrafi koordinatları göstərən “yolsuzluq” səhifəsi əlavə edilib.

Bütün yolsuzluq hazırlıqları Huracan modelini 48 kiloqram ağırlaşdırıb: Sterraro versiyasının boş çəkisi 1470 kiloqramdır. Gücü azaldılmış mühərrik və yolsuzluq şinləri avtomobilin dinamik xarakteristikalarına təsir edib: Huracan Sterrato 100 km/saat həddinə 3,4 saniyəyə (Evo versiyası bu işə 2,9 saniyəyə sərf edir) və 200 km/saata 9,8 saniyəyə (9,0 saniyə) sürətlənir.  Təkərlərə görə maksimal sürət 260 km/saat həddində məhdudlaşdırılıb. Xatırladaq ki, asfalt yollar üçün nəzərdə tutulmuş Huracan kupeləri  rahatlıqla 300 km/saatdan çox sürəti yığa bilərlər.

Porsche 911 Dakar kimi, Lamborghini Huracan Sterrato da məhdud sayda buraxılacaqdır. Amma onun tirajı 2500 deyil, cəmi 1499 ədəd olacaqdır . Dakar versiyasının qiyməti 222 min avrodan başlayırsa, Sterrato üçün təxminən 300 min avro tələb edəcəklər. Dəqiq qiymət hələlik açıqlanmayıb, çünki avtomobillərin istehsalına gələn ilin fevral ayında başlanmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qeyd etmək gərəkdir ki, Huracan Sterrato Lamborghini brendinin sırf benzin mühərriki ilə təchiz edilə son modelidir. Bundan sonra, italyan istehsalçısıı hibrid güc qurğularına keçəcək və belə qurğunu alacaq il model gələn debütü gözlənilən Aventador modelinin varisi olacaqdır. Benzin mühərrikli Huracan və Urus modellərinin istehsalı isə, onların konveyer ömrünün sonuna qədər davam etdiriləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.