Milan Moda Həftəsində 12 nüsxədən ibarət ultra kiçik tirajla buraxılacaq Huracan Sterrato All-Terrain Ad Personam versiyasının təqdimatı keçirilib. Avtomobil üçün müxtəlif landşaftlara həsr edilmiş dörd kamuflyaj rəngi variantında, həmçinin xüsusi dekor və avadanlıqda təklif olunacaq. Lakin belə superkarı almaq mümkün deyil, çünki onun bütün tirajı artıq satılıb.

NEVE (qar) kamuflyajı tundranın soyuqluğunu, SABBIA (qum) nadir vahələri olan sonsuz səhraları, BOSCO (meşə) yarpaq və mamır ilə assosiasiyalar yaradır, TERRA (torpaq) isə, axşam günəşində yuyulan çölləri tərənnüm edir.

Huracan Sterrato All-Terrain Ad Personam satinləşdirilmiş kamuflyajı tutqun qara rəngli dam, mühərrik bölməsinin qapağı, dam reylinqləri və köndələn tirlərlə tamamlanır. Aşağı perimetr boyunca uzanan kuzov dəsti eyni rəngə boyanıb. Superkar 19 düymlük Morus döymə təkər disklərini, narıncı əyləc supportlarını və LED projektorları alıb.

Salon alkantara ilə üzlənib, “tünd xrom” dekorativ örtüklərlə və karbon lifi ilə bəzədilib. Avtomobilin xüsusi statusunu xatırlatmağa kuzovun rəngində olan xatirə lövhəsi xidmət edir.

Superkarın texniki hissəsi dəyişməyib. 5,2-litrlik V10 atmosfer mühərriki 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir. Güc qurğusu 7-pilləli LDF “robotu” və kilidlənən arxa mexaniki differensial ilə birlikdə çalışır. Tam ötürmə sistemi çoxdiskli Haldex V muftasına malikdir.

Adi Huracan ilə müqayisədə Sterrato  modelinin klirensi 44 millimetr artırılıb. Bundan əlavə, Strada və Sport hərəkət rejimləri yenidən tənzimlənib, habelə sürüşkən səthlər üçün tənzimlənmiş yeni Rally profili əlavə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lamborghini Huracan Sterrato All-Terrain Ad Personam versiyasının tirajı cəmi 12 nüsxə ilə məhdudlaşacaq və təəccüblü deyil ki, onların hamısı italyan istehsalçısı üçün üç əsas regionda yaşayan seçilmiş müştərilərə satılıb. Bunlar ABŞ və Latın Amerikası, EMEA (Avropa, Yaxın Şərq və Afrika) və APAC ölkələridir.

Adi Huracan Sterrato superkarının istehsalına 2023-cü ilin fevralında başlanılıb. Ümumilikdə 1499 avtomobil istehsal olunacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.