Cari ilin noyabrında Lamborghini şirkəti yolsuzluq Huracan Sterrato kupesini təqdim edib. Yenilik Lamborghini Huracan kupesi və Lamborghini Urus krossoveri arasındakı keçid bəndi olmalıdır. İtalyan brendinin tarixində sonuncu daxili yanma mühərrikli model 1499 nüsxəlik tirajla istehsal olunacaqdır. Əlbəttə ki, ən bahalı və eksklüzivləri də daxil olmaqla, yeni kupeyə həsr edilmiş aksesuarlar dəsti də hazırlanıb.

Image alt Image alt Image alt

Huracan Sterrato modelinin üslubunda ilk aksesuarları hazırlayan amerikan RHUDE moda brendi olub: amerikalılar idman avtomobilindən ilhamlanaraq yaratdıqları kapsul geyim kolleksiyasını nümayiş etdiriblər. Gödəkçələr, karqo-şalvarlar, pololar, köynəklər, düz kənarları olan papaqlar, idman çantaları və digər aksesuarların ardınca, yeni Lamborghini modelinin ruhunda tərtibata malik olan velosiped və qol saatı da təqdim edilib. İtaliyanın yüksək texnologiyalı velosiped istehsalçısı 3T şirkəti 3T Exploro Racemax x Huracan Sterrato yolsuzluq velosipedini təqdim edib.

Image alt Image alt Image alt Image alt Image alt

Velosipedin çərçivəsi karbondan hazırlanıb, ön çəngəl, əyləclər və sükan, habelə Pirelli Cinturato Gravel M 700c şinləri xüsusi olaraq yeni model üçün yaradılıblar. Bayk tutqun zeytun və tutqun qara çalarlarını, habelə qırmızı aksentləri özündə birləşdirən Verde Gea rənginə boyanıb – bu sxem Art Basel Maiami tədbirində təqdim olunan Lamborghini şou avtomobillərindən birinə işarə edir.

Uzun illər italyan brendi ilə əməkdaşlıq edən İsveçrənin Roger Dubuis saat şirkəti Huracan Sterrato kupesinin təqdimatı münasibətilə eksklüziv Excalibur Spider Huracan Monobalancier xronoqrafının xüsusi versiyasını təqdim edib. Xronoqraf bir çox müasir Lamborghini modellərinə istinad edən qara -narıncı dizayna malikdir. Velosipedin tirajı məhdud deyil və belə bir nəqliyyat vasitəsinin qiyməti 15 min dollar olacaqdır. Roger Dubuis Excalibur Spider Huracan Monobalancier xronoqrafının qiyməti açıqlanmasa da, onun cəmi 28 nüsxədə buraxılacağı məlumdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.