Lamborghini dekabrın 1-də təqdim etməyə hazırlaşdığı Huracan Sterrato modelinin rəsmi şəkil və videoçarxlarını yayımlayıb. Lamborghini Huracan Sterrato superkarının eyniadlı konsept əsasında inşa edildiyi və onun digər superkarlardan artırılmış klirensi, habelə genişləndirilmiş təkər izi ilə seçildiyi məlumdur.

Huracan Sterrato italyan markasının elektrik üstqurumu olmayan daxili yanma mühərriki ilə hərəkətə gələn sonuncu avtomobili olacaqdır – bundan sonra bütün Lamborghini modelləri ya hibrid, ya da elektrik güc qurğusu ilə təchiz ediləcəklər.

Image alt Image alt Image alt Image alt

Huracan Sterrato modelini yaradarkən, Lamborghini dizaynerləri eksperimental Jarama Rally və Urraco Rally  ralli avtomobilləridən ilham alıblar. Yolsuzluq superkarı 47 millimetr artırılmış klirensi, kuzovun müdafiə dəsti, öndə və damda quraşdırılmış əlavə işıqlandırma qurğuları, reylinqləri, altlığın alüminiumdan müdafiəsi, mühərrik bölməsinin və hava girişlərinin kompozitdən üzlükləri ilə təchiz edilibr.

Huracan Sterraro baza modelindən 30 millimetr genişləndirilmiş təkər izi, bir və 6,5% artırılmış giriş və çıxış bucaqları ilə fərqlənir. Bundan əlavə, superkarın asqısı və sükan sistemini yolsuzluq üçün yenidən tənzimlənib.

Sterrato versiyasının güc qurğusu Huracan Evo modelindən götürülüb: bu, 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 5,2-litrlik  V10 atmosfer mühərrikidir. Lamborghini yeniliyin dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb.

Daha əvvəl, Huracan Sterrato modelinin sırf benzin mühərriki ilə təchiz edilmiş son Lamborghini avtomobilinin olacağı bildirilmişdi. Sonradan şirkət bazara yalnız Sian FKP 37 və ya Countach LPI 800-4 modellərindəki kimi hibrid güc qurğularına malik olan superkarları, perspektivdə isə elektromobilləri çıxaracaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.