Məşhur superkarın çeşidində yalnız məhdud buraxılışlı STO modeli, Tecnica və Sterrato kupeləri qalıb, tamötürməli Evo Spyder açıq versiyası isə ümumiyyətlə ayrıca mövqeləndirilir. Yəni, Evo və Evo RWD versiyaları ixtisara düşüblər. Rəsmi məlumatlara görə, Huracan ailəsinin bütün superkarları satılıb və artıq qəbul olunmuş sifarişlər 2024-cü ilə qədər yerinə yetiriləcəkdir. Bununla belə, Huracan Lamborghini şirkətinin rəsmi saytındakı konfiquratorunda qalır. Bundan başqa, Huracan modelinin varisi V10 atmosfer mühərrikini də itirəcəkdir.
Bir il əvvəl Lamborghini 20.000 seriya nömrəsi olan Huracan superkarını buraxıb. Bir sözlə, Huracan modeli Santa Agata Bolonyezedə buraxılan ən kütləvi superkar olub. 2014-cü ildən Huracan modelinin əsas bazar Şimali Amerikadır: kupe və spayderlərdən üçdə biri okeanın o biri tərəfinə göndərilir.
Lamborghini şirkətinin texniki direktoru yaxın gələcəkdə italyan brendinin yeni modellərində V6 mühərrikinin quraşdırılmayacağını bildirib, qeyri-hibrid atmosfer mühərriklərinin istefası rəsmi olaraq təsdiqlənib. Bu isə, öz növbəsində V8 aqreqatının əsas mühərrik olacağı anlamına gəlir. Bununla belə, Lamborghini Huracan modelinin varisinin Urus krossoveri ilə mümkün unifikasiyasını təkzib edir.
Lamborghini brendinin "kiçik" superkarının V8 mühərrikinə əsaslanan plagin hibrid güc qurğusunu alacağı barədə şayiələr dolaşmaqdadır. 2024-cü ildə benzin-elektrik güc qurğusu ilə hərəkətə gələn Urus krossoveri də debüt etməlidir. Müəmmalı dördüncü elektrikləşdirilmiş Lamborghini modeli üzərində işlər gedir, lakin onun haqqında heç bir rəsmi məlumat yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.