Lamborghini şirkəti yenilənmiş Huracan modelinin ilk tizerlərini yayıb. "Auto Express" nəşrinin bildirdiyinə görə, tizerlər yalnız marka müştərilərinin giriş hüququ olan xüsusi tətbiqdə dərc edilib.
"Auto Express" nəşri, yenilənmədən sonra superkarın Performante modelinin dizayn üslubunu xatırladan daha aqressiv ön hissəyə malik olacağını bildirib. Ara hissənin dizaynı isə tamamilə dəyişəcəkdir: superkar yeni diffuzora və fənərlərə, həmçinin buraılış sisteminin bir qədər yuxarıda yerləşdirilmiş çıxış borularına sahib olacaqdır.
İlkin olaraq, satışa yenilənmiş Lamborghini Huracan LP610-4 kupe və spayderi çıxarılacaqdır. Bir müddət bundan öncə təqdim edilmiş “bərkgedən” Huracan Performante isə dəyişməz qalacaqdır. Yenilənmiş superkarın mərkəzi konsolunda iri sensorlu displey quraşdırılacaqdır ki, bu da fiziki düymələrdən imtina edildiyindən xəbər verir.
Teniki cəhətdən də yeniliklər olacaqdır. Huracan təkmilləşdirilmiş asqıya və daha güclü V10 mühərrikinə sahib olmalıdır. Modifikasiyadan asılı olaraq mühərrik 590 – 620 at qüvvəsi arasında güc hasil edəcəkdir. Yenilənmiş superkarın təqdimatı yaxın zamanlarda keçirilməlidir.