Lamborghini şirkəti ilk elektromobilinin buraxılışını 2030-cu ilə qədər təxirə salmaq qərarından çox məmnundur. Bunun səbəbi heç də ictimayyətin Ferrari şirkətinin ilk elektrokarı - Luce modelinə olan kəskin mənfi reaksiyası və italyan istehsalçısının səhmlərinin kəskin dəyər itirməsi deyil.İlkin olaraq, Lamborghini Lanzador modelinin 2028-ci ildə debüt edəcəyi gözlənirdi, və o, Sant’Aqata Bolonyeze istehsalçısının ilk elektrik avtomobili olmalı idi. Beləliklə, artıq bilirik ki, Lanzador Luce modelinin birbaşa, lakin bir qədər hündür rəqibi olmalı idi.

Lamborghini Lanzador

Lakin bu ilin əvvəlində şirkət “2+2 Ultra-GT” kimi səciyyələndirdiyi modelin qoşulan hibrid olacağını bəyan edib. Səbəb kimi isə, dəbdəbəli superkarlar seqmentində elektromobillərə olan tələbatın aşağı olduğu göstərilib. Ferrari isə, əksinə öz vədini yerinə yetirib və zərərli tullantıları olmayan avtomobili təqdim edib. İctimayyətin Luce modelinə olan reaksiyası isə, artıq məlumdur.

Ferrari Luce

“AutoExpress” nəşrinə müsahibə verən Lamborghini Urus və debütü gözlənilən Lanzador layihəsinin direktoru Stefano Kossalter – “biz digər istehsalçıların hərəkətlərini şərh etmirik, lakin bizim strategiyanın doğru olduğunu hesab edirik”, - deyib. “Söhbət texnologiyaların mənimsənilməsi və mükəmməliyindən gedir, çünki elektromobil buraxmaq lazımdırsa, o, xarakteristikalar baxımından sənət əsəri olmalıdır”.

Lamborghini Lanzador

Stefano Kossalter bazarda BYD və Xiaomi şirkətləri kimi Çin istehsalçılarının avtomobilləri də daxil olmaqla, çoxsaylı yeyin elektromobillərin olduğunu qeyd edib. Lakin düz yolda sürətlənmənin Lamborghini şirkətini maraqlandıran yeganə xüsusiyyətin olmadığını da qeyd edib. “Hesab edirəm ki, bu texnologiyalar Lamborghini elektromobilinin təklif etməli olduğu emosiya və xarakteristikalar üçün kifayət qədər yetkin deyil”, - Kossalter qeyd edib.

Lamborghini Lanzador

“Məni düzgün anlayın, mən elektromobillərin əleyhinə deyiləm! Əksinə, onların tərəfdarıyam. Mühəndislik nöqteyi-nəzərindən onların dəqiqiliyi və idarələnmə effekti çox xoşuma gəlir. Bəlkə də idarəetməsindən böyük həzz alınacaq həqiqətən gözəl elektromobili yaratmaq olar, lakin söhbət təkcə layiqli xarakteristikalardan getmir, emosiyalar da təmin edilməlidir”, - Kassalter əlavə edib.

Lamborghini Lanzador

Qeyd etmək gərəkdir ki, Lamborghini elektromobil yaratmaq planlarında tamamilə imtina etməyib, yalnız bu planı təxirə salıb. Bu ilin əvvəlində italyan istehsalçısı “texniki cəhətdən elektromobil yaratmağa hazır olduğunu” bildirib. Bunu Kossalter də təsdiq edib və batareyaların, elementlərin kimyəvi tərkibiləri və digər kompomemtlər üzərində çalışmaların davam etdirildiyini bildirib.

Lamborghini V12

Bununla belə, Lamborghini əsas üstünlüyü hibrid texnologiyalara verir. Artıq qeyd etdiyimiz kimi, Lanzador istənilən halda buraxılacaq, lakin qoşulan hibrid güc qurğusu ilə... Urus krossoverinin növbəti nəslinin isə, 2029-cu ildə debüt edəcəyi gözlənilir və o da tərkibinə V8 mühərriki daxil olan plagin hibrid aqreqatı ilə hərəkətə gələcək. Bundan əlavə, əfsanəvi V12 mühərrikinin 2030-cu ildən sonra da buraxılacağı təsdiqlənib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.