Artıq məlumdur ki, karbondan hazırlanmış kuzov detalları metal analoqlarına nisbətən daha yüngül və daha dözümlüdürlər. Bir çox avtomobil istehsalçıları artıq karbondan hazırlanmış elementləri seriya avtomobillərində də tətbiq etməyə başlamışdırlar. Buna misal olaraq, BMW şirkətinin bayraqdar modeli olan 7-Series sedanının kuzovunun quruluşunda istifadə edilən karbon elementləri göstərmək olar.

Lamborghini, McLaren Automotive, Ferrari və Aston Martin kimi  bahalı superkar istehsalçıları uzun müddətdir ki, avtomobillərin kuzovlarının hazırlanmasında karbondan istifadə edirlər.  Mansory və DMC kimi məşhur tüninq atelyeləri, ümumiyyətlə tamamilə karbondan hazırlanmış kuzovlar təklif edirlər. Artıq karbondan hazırlanmış təkər diskləri, əyləc mexanizmləri, interyer elementləri ilə heç kimi təəccübləndirmək olmaz.

Bununla yanaşı, mühərriklərdə karbondan hazırlanmış hərəkət edən detalların istifadə edilməsinə rast gəlmək demək olar ki, mümkün deyildir.  Lakin, artıq bu sahədə də irəliləyişlər vardır. Bu yaxınlarda Lamborghini şirkətinin Vaşinqton ştatının Siettl şəhərindəki qabaqcıl kompozit strukturları laboratoriyasında, mühərriklərdə istifadə ediləcək karbondan hazırlanmış şatunların yaradılması sahəsində təcrübələrin aparılmasına başlanmışdır.

Lamborghini Sesto Elemento

Bu şatunların hazırlanmasında  karbon liflərinin döyülmə üsulu ilə hazırlanması texnologiyasından istifadə edilir. Bunun üçün, əvvəlcədən hazırlanmış qəlibə karbon liflərini və qətranı yerləşdirərək, yüksək temperatur və təzyiq vasitəsi ilə detal formasına  salınır. Qəlibdən çıxan detal yalnız təmizlənmək üçün emal olunur. 

Döymə prosesi 3 dəqiqə sürür. Bildiyimiz kimi, karbondan olan detalların ənənəvi üsulla (liflərin əl ilə sink formaya yerləşdirilməsi və sobada bişirilməsi) hazırlanmasına 12 saat vaxt tələb olunur.

Lamborghini şirkətinin tədqiqatlar və təkmilləşdirmələr bölümünün rəhbəri Maurizio Recciani  yeni texnologiyanın işlənməsi üzrə işlərin yaxın vaxtlarda başa çatacağına və karbondan olan mühərrik elementlərinin seriya istehsalına başlanacağına ümid etmiyini bildirmişdir.  Onun fikrincə, karbondan olan şatunlar mühərrikin daha yüksək dövrlərlə işləməsini təmin edəcək və mühərriklərin məhsuldarlığını ciddi şəkildə artırılmasına şərait yaradacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt