Lamborghini şirkətinin rəhbərliyi ofrouderlər xəttini genişləndirmək və əfsanəvi LM002 modelinin «mənəvi davamçısının» yaradılması barədə düşünür. Lamborghini Urus krossoverindən fərqli olaraq, bu model çətin yolsuzluqda hərəkət etmək üçün daha uyğun olacaqdır.
Hələlik bu avtomobilin necə olacağı məlum deyildir. Lamborghini rəhbərliyi yeni modelin xarakteristikalarının LM002 və Jeep Wrangler modellərindən geridə qalmamasını arzulayır. Varinatlardan biri kimi, Urus modelinin daha utilitar versiyasının yaradılmasıdır. Lakin, çox güman ki, yeni ofrouder unikal dizayna malik olan ayrıca model olacaqdır.
Orijinal Lamborghini LM002 1986-1993-cü illərdə buraxılıb. Model Lamborghini Militaria layihəsi çərçivəsindəinşa edilən yeganə avtomobil olub. Bu layihə amerikan ordusunun mexanikləşdirilmiş hissələri üçün avtomobilin yaradılmasını nəzərdə tuturdu.
LM002 Countach modelinin 5,2-litrlik V12 mühərriki ilə təchiz edilirdi. Aqreqatın hasilatı 426 at qüvvəsi və 500 Nm fırlanma anı idi. Opsional olaraq, yarış qayıqları üçün hazırlanmış 7,2-litrlik V12 mühərriki də təklif edilirdi.