Lamborghini şirkətinin ilk hibrid superkarının adı Unico olacağı və 838 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Hibrid güc aqreqatının mövcud olan benzin mühərrikinin əsasında inşa ediləcəkdir.
Bunlar TheSuperCarsBlog.com saytının dərc etdiyi məlumatda bildirilir. Lakin, yeni hibrid modelinin adının dəqiqliklə Unico olacağına zəmanət vermək olmaz - çünki, tarixdə belə ləqəbə malik olan öküzün mövcudluğu barədə məlumat yoxdur.
Hazırda hibrid model üzərində işlər tam gücü ilə davam edir. Hibrid sportkar LB48H zavoddaxili koduna malikdir. Şayiələrə görə, Lamborghini Unico markanın yaranma tarixinin, yəni 1963-cü ilin şərəfinə 63 ədədlik tirajla buraxılacaqdır. Bununla belə, Lamborghini Aventador modelinin xələfi olacaq LB634 kod adlı model kütləvi şəkildə istehsal ediləcəkdir.
İlkin məlumata görə hibrid qurğunun tərkibinə 48 at qüvvəli elektromotor və 789 at qüvvəli 6,5-litrlik V12 mühərriki daxil olacaqdır. Elektromotorun 48 at qüvvəsinə malik olması bu aqreqatın güc xatirinə deyil, daha çox ekoloji normala uyğun olması üçün tətbiq edildiyindən xəbər verir.
Lamborghini Unico modelinin dizayn cəhətdən Terzo Millenio konseptinə bənzəyəcəyini də ehtimal olunur.