Lamborghini şirkəti Miura modelinin 50 illik yubileyinə həsr etdiyi xüsusi Aventador modelini təqdim etmişdir. Aventador Miura Homage modelinin kütləvi nümayişi Qudvudda keçirilən Sürət festivalında baş tutacaqdır. Xüsusi modifikasiya italyan markasının fərdi sifarişləri yerinə yetirən Ad Personam bölməsi tərəfidən hazırlanmışdır.

Kupe üçün gümüşü və ya qızılı rəngə boyanmış öndə 20 və arxada 21 düymlük təkəır diskləri nəzərdə tutulmuşdur. Avtomobilin salonunda qara Nero Ade və ya qəhvəyi Terra Familia dərisi ilə örtülmüş oturacaqlari və karbonda işləmələri görmək olar. Lamborghini Aventador Miura Homage modeli 700 at qüvvəsi və 690 Nm fırlanma anı olan 6,5-litrlik on iki silindirli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Aventador 100 km/saat həddini 2,9 saniyəyə toplayır və 350 km/saat maksimal sürətə malikdir.

Lamborghini Aventador Miura Homage modeli 50 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır. Kupenin qiyməti açıqlanmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt