Lamborghini Miura superkarının detalları məhdud sayda buraxılan saatların bir hissəsinə çevrilib. Onları məşhur avtomobillərdən ilhamlanan fransız saat firması - Atelier Jalaper tərəfindən hazırlanıb. Firmanın son əsəri əllə yığılan AJ-P400 seriyasından olan saatdır. Saatın siferbatı Lamborghini Miura P400 S modelinin detalları ilə örtülüb. Saatın tirajı 400 nüsxə ilə məhdudlaşacaqdır. Onun qiyməti 1800 avrodur.
AJ-P400 anodlaşdırılmış tutqun qara örtüyü və 39,5 millimetrlik diametri olan cilalanmış poladdan hazırlanmış korpusa malikdir. Arxa qapaq şəffafdır və mexanizmin hərəkətini görməyə imkan verir. Çərçivə də poladdan hazırlanır və Miura optikasının ovalını xatırladır. Ön şüşə parıltı əleyhinə örtüyü olan sapfirdəndir, arxa şüşə isə dumanlı boz mineraldandır. Korpus suya davamlıdır: saatla 50 metr dərinliyə enmək olar.
AJ-P400 modelinin saat markerləri luminescent boya ilə çəkilib və əqrəblərin dizaynı kimi, italyan superkarının spidometrindən ilhamlanaraq yaradılıb. Dəqiqə halqası üçün qara, narıncı, mavi və yaşıl rənglər nəzərdə tutulub - Miura modelinin kuzovu da analoji şəkildə boyanırdı.
Əqrəblər saatda 28.800 yarıtitrəyişləri və ya dörd Hertz tezliyi və əllə qurulması olan Sellita SW270-1 M mexanizmi ilə hərəkətə gəlirlər. Bir qurulma ilə o təxminən 45 saat işləyir, qalan vaxt isə siferblatın altında göstərilir. Atelier Jalaper artıq saata sifarişlərini qəbul etməyə başlayıb, tədarüklərin iyun ayında başlaması gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.