Son zamanlar avtomobil istehsalçıları su nəqliyyatına diqqət yetirməyə başlayıblar. Artıq Mercedes-Benz, Toyota və Porsche kimi məşhur markalar yaxta inşa edən tərsanələr ilə yaxından əməkdaşlıq edirlər.
Milanda yerləşən Officina Armare dizayn studiyası Lamborghini markasının dizayn üslubunu su nəqliyyatına köçürməyə cəhd edərək, A43 adlı konseptual sürət qayığını yaradıb. Modifikasiyasından alısı olaraq, italyanlar qayığı Mercury Racing mühərrikləri və yaxud Lamborghini istehsalı olan V12 atmosfer aqreqatı ilə təchiz etməyi təklif edirlər.
Officina Armare spidbotu Lamborghini üçün ənənəvi olan çoxlu sınıq xətlərə və yastı səthlərə malikdir. Dizaynerlər oriyentir kimi Lamborghini Centenario Roadster modelini götürdüklərini bildiriliblər. Hələlik A43 yalnız render şəklində mövcuddur, bununla belə, qayığın müəyyən xarakteristikaları məlumdur: yeddi tonluq su tutumuna malik olan qayığın uzunluğu 13,25 metr, eni isə 3,7 metrdir.
Qayığı Caterpillar Three60 pər-sükanları, hər birinin gücü 540 at qüvvəsi olan Mercury Racing mühərrik cütlüyü və ya iki ədəd Lamborghini istehsalı olan 700 at qüvvəli 6,5-litrlik V12 mühərriki ilə təchiz etmək olar.
A43 qayığının xüsusiyyətləri arasında burun hissəsində olan yönəldici qurğular, aerodinamik qaldırma gücünü təmin edən hava axınlarını yönləndirən tonnellər və karbondan hazırlanmış gövdədə yerləşdirilmiş mühərriklərin soyudulmasına cavabdeh olan hava girişləri də vardır. Qayığın göyərtəsində nahar masası, şampan şərabı üçün dolab, havalandırma qurğusu, divan, tualet, əl-üz yuyanı və duşu olan vanna otağı da mövcuddur.
Ümumilikdə A43 unikal dizaynı olan klassik spidbotları xatırladır. Bununla belə, qayığın gələcək perspektivləri heç bir məlumat verilməyib.