Superkarlar istehsalçısı olan Lamborghini şirkəti Roma papsına Huracan modelinin xüsusi variantını hədiyyə edib. Lakin, pontifik bu avtomobildən istifadə etmək fikirində deyil. Superkar RM Sotheby’s hərrac evi tərəfindən satılacaqdır.
Superkarın satışından əldə edilən vəsait xeyriyyə işlərinə yönəldiləcəkdir. Lamborghini şirkətinin rəhbərliyi ağ rəngli Huracan superkarını Vatikanda yerləşən və papanın daimi iqamətgahı olan “Müqəddəs Martanın evi” mehmanxanasının qarşısına gətirib. Pontifik avtomobilə xeyir-dua verərək, onun kapotunu imzalayıb. Avtomobilin satışından əldə edilən vəsait Vatikan tərəfindən İrakdakı xristian cəmiyyətinin və kilsələrinin bərpasına, həmçinin qadın-miqrantlara köməyə və Afrika əhalisinə tibbi yardım göstərilməsinə yönəldəcəkdir.
Lamborghini Huracan superkarı 610 at qüvvəsi gücü və 560 Nm fırlanma anı olan 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənmək imkanına malikdir. Onun maksimal sürəti 325 km/saata bərabərdir.