Lamborghini şirkəti Santa-Aqatada yerləşən mənzil-qərargahının yaxınlığında öz şərəfinə iki heykəl yüksətmək fikrindədir. İki müxtəlif dozayn-studiyalarının məhsulu olan incəsənət nümunələri italyan markasının doğma şəhərində gələn ilin axırı quraşdırılmalıdır.

Lamborghini heykəllərin xarici görünüşünü böyük miqyasda keçirilmiş müsabiqə sayəsində seçmişdir. Bu müsabiqədə Zara Hadid Architects, Studi Fabio Novembre, Studio Libeskind və Forester+Partners və bir sıra dizaynerlər iştirak etmişdirlər. Müsabiqədə qazanmış layihələrin birini İtaliyanın Livorno şəhərindən olan ACQ studiyası hazırlamışdır. Mühəkkəb həndəsi formaya malik olan heykəl ildırıma bənzəyir. Lamborghini şirkətində heykəli “səliqəli, minimalist və kəskin” səciyyələndirərək markanın superkarlarının firma üslubu ilə bənzərlik daşıdığını qeyd etmişdirlər. İkinci qalib gələn layihə Londonda yerləşən 0.9 studiyasının əsəridir. Bu layihə bir-birinə paralel dayanan və yerə nisbətən maili quraşdırılmış nazik lövhələrdən ibarətdir. İtalyan istehsalçısı bu layihənin sürət və dinamika təəssüratı yaratdığını bildirmişdir. Qaliblər 12 min avro məbləğində mükafatı bölüşdürəcəkdirlər. Bu layihələri kimin icra edəcəyi açıqlanmamışdır.